SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mariupol da daxil olmaqla bütün əhəmiyyətli şəhərlər nəzarətimizdədir. Volnovaxa isə faktiki olaraq məhv edilib".

BAKU.WS-in məlumatına görə, Donetsk vilayəti hərbi adminstrasiyasının rəhbəri Pavel Kirilenko telemarafon zamanı bildirib.

"Ukraynalı hərbçilər iki həftə şiddətli döyüşlərdən sonra Volnovaxanı tərk ediblər. Bu gün faktiki olaraq belə bir yaşayış məntəqəsi mövcud deyil. Çünki şəhərdə əksər binalar və infrastruktur məhv edilib", - deyə Kirilenko vurğulayıb.

Pavel Kirilenko Mariupolun böyük hissəsinin dağıdılmasına baxmayaraq hələ də ukraynalı hərbçilərin nəzarəti altında olduğunu bildirib. 

BAKU.WS