SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya ordusunun Luqansk vilayətinin Rubejnoye kəndini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb. 

BAKU.WS xəbər verir ki, bu barədə Luqansk vilayətinin Hərbi İdarəsinin rəisi Sergey Qaidai bəyan edib.

Məlumata əsasən, yeddi nəfər dağıntılar altından sağ çıxıb.

Həmçinin bölgədə daha 11 ev dağılıb.

Bundan əlavə Rusiya ordusu Lisıçansk, Popasna, Severodonetsk və Toşkivka yaşayış məntəqələrini atəşə tutub, nəticədə Rusiyanın mərmiləri iki hündürmərtəbəli binaya və 9 fərdi evə ziyan vurub.

Popasnada evin 3 mərtəbəsi bir anda yanıb. 

BAKU.WS