SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müxtəlif bölgələrdə yaşayış məntəqələrinin Rusiya hərbçilərindən azad edildiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri Zaporojye vilayətinin Orlovo, hər ikisi Xerson vilayətinin Zaqradovka, Koçubeyev yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

"Düşmən əvvəllər itirdiyi mövqeni bərpa etmək üçün Aleksandrovka istiqamətində hücum əməliyyatları keçirməyə çalışır", - deyə məlumatda deyilir.

Donetsk istiqamətində rusların Popasna, Rubizne yaşayış məntəqələrini və Mariupol şəhərlərini nəzarətə götürmə cəhdləri davam edir.

Həmçinin qeyd olunur ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin Malaya Roqan kəndini də azad edib.

BAKU.WS
QALEREYA