SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-da keçirilən 64-cü Qremmi Musiqi Mükafatları mərasiminə görüntülü qoşularaq çıxış edib.

BAKU.WS xəbər verir ki, ölkə başçısının çıxışından tezisləri CNN telekanalı yayımlayıb.

Mərasimdə Rusiyanın hücumlarının ölkəsində musiqini susdurduğunu ifadə edən Zelenski “Musiqiçilərimiz smokinq əvəzinə gülləkeçirməz jilet geyinirlər. Xəstəxanalarda yaralılara mahnı oxuyurlar. Bizə bacardığınız qədər dəstək olun, amma susmayın", - deyə Zelenski bildirib.

Ukrayna lideri gec-tez qalib gələcəklərini və Ukrayna şəhərlərinə sülhün qayıdacağını bildirib.

O qeyd edib ki, 400-dən çox uşaq yaralanıb, 153 uşaq həlak olub.

Zelenskinin çıxışından sonra müğənni Con Lecend ukraynalı sənətçilər Mika Nyuton, Lyuba Yakimçuk və Siuzanna İgidanla birlikdə səhnəyə çıxaraq “Free” mahnısını ifa edib.

BAKU.WS
VİDEO