SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya qoşunları “Donbasın azad edilməsinə" cəmləyiblər, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.

BAKU.WS-in UNİAN-a istinadən məlumatına görə, bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.

Onun sözlərinə görə, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayırlar və buna görə də diqqətləri Donbasa cəmləyirlər.

Həmçinin o, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.

"Onların indi üç vəzifəsi var: qoşunlarımızı mühasirəyə almaq, Mariupolu tamamilə tutmaq və Cənubu saxlamaq. Əgər onlar Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək. Prosess Kiyevin, Xarkovun tutulması olmayacaq”,- deyə Arestoviç bildirib.

BAKU.WS