SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Urojaynoye qəsəbəsini ələ keçirib, döyüş davam edir.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

O əlavə edib ki, Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 14 pilotsuz uçuş aparatını, o cümlədən bir "Bayraktar TB2"-ni havada vurub. Həmçinin 9 tank, 7 piyada döyüş maşını və zirehli transportyoru məhv edilib:

"Bundan əlavə, gün ərzində Rusiya aviasiyası Ukraynadakı 137 hərbi obyekti, o cümlədən altı komanda-idarəetmə mərkəzi və rabitə mərkəzini, iki MLRS qurğusunu, bir hava hücumundan müdafiə sistemini, səkkiz raket və artilleriya silahı və sursat anbarını, həmçinin 101 yeri vurub".

BAKU.WS