SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələri Ukraynada keçirdiyi xüsusi əməliyyat zamanı 181 təyyarə və helikopteri, həmçinin 172 pilotsuz uçuş aparatını məhv edib.

BAKU.WS-in APA-ya istinadla məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 181 təyyarəsi və helikopteri, 172 pilotsuz uçuş aparatı, 170 zenit-raket kompleksi, 1379 tank və digər zirehli döyüş texnikası, 133 reaktiv yaylım atəş sistemi, 514 səhra artilleriya və minaatan qurğusu, o cümlədən 1168 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”.

BAKU.WS