SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Volodimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla danışıqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin iki min rusiyalı hərbçini əsir götürdüyünü bildirib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Zelenski video sübutlar olduğunu bildirib.

"Artıq iki min əsir var, şahidlər var, video sübutlar və onların təzyiq olmadan verdikləri ifadələr var”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, Ukraynaya əzab gətirən, insanların həyatına son qoyan bütün cinayətkarlar cavab verməlidir.

“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində törədilmiş heç bir hərbi cinayət və insanlığa qarşı cinayət cəzasız qalmamalıdır. Hər bir günahkar, icraçılardan tutmuş işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinə qədər, beynəlxalq hüquqi və cinayət məsuliyyətinə cəlb edilməlidir", - Zelenski əlavə edib.

BAKU.WS