SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşı və uşaqlarına qarşı sanksiyalar tətbiq edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

“Biz qondarma Donetsk və Luqansk xalq respublikalarının tanınması cəhdlərinə rəhbərlik edən Rusiya Federasiyası Dövlət Dumasının 12 deputatına, o cümlədən Kremlin sözçüsü Dmitri Peskovun həyat yoldaşına və yetkin övladlarına qarşı sanksiyalar tətbiq edirik”, - Prays brifinqdə bildirib.

BAKU.WS