SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya Kuril adalarının cənub hissəsini işğal edib”.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda məlumatı “TASS” agentliyi yayıb.

Bildirilib ki, Rusiyanın Kuril adalarının cənubunu işğal etməsini parlamentdə debatlar zamanı ölkənin Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Xideki Uyama deyib.

“Şimal ərazilər Rusiya tərəfindən işğal olunub və biz belə hesab edirik ki, bu, Rusiya ordusunun hazırda Ukraynaya qarşı həyata keçirdiyi hücum kimi beynəlxalq hüquqa ziddir”, - deyə Uyama qeyd edib.

Yaponiya hökuməti son illər “işğal” terminini işlətməkdən yayınıb və Kuril adalarının cənub hissəsindəki vəziyyətlə bağlı danışarkən “Yaponiyanın suverenliyi bu adalara da şamil edilir” ifadəsi ilə kifayətləniblər.

BAKU.WS