SİZİN REKLAM BURADA!
055 213 76 73


Kanada Ukraynaya hücuma görə Rusiyaya qarşı sərt sanksiyalar paketi tətbiq edib.

BAKU.WS xəbər verir ki, bu haqda Kanadanın maliyyə naziri Kristia Friland şəxsi feysbuk səhifəsində yazıb:

“Bu gün biz əlavə addımlar atıb, Ukraynaya vəhşicəsinə hücumuna görə Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiyalar tətbiq edirik. Rusiyanın SWIFT beynəlxalq bank sistemindən dərhal çıxarılmasını tələb edirik. Rusiyanın işğalında iştirak edən Belarus liderinə qarşı da sanksiyalar tətbiq edirik. Ukrayna xalqına dəstək olaraq Qızıl Xaç Cəmiyyətinə ianələr verəcəyik. Biz müttəfiqlərimizin və cəsur Ukrayna xalqının öz demokratiyası uğrunda mübarizəsində yanındayıq. Yaşasın Ukrayna!”

 

BAKU.WS