SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ikinci gün ardıcıl olaraq Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirir.

BAKU.WS "Unian"a istinadla xəbər verir ki, bu barədə ölkə başçısı video müraciətində bildirib.

Prezidentin sözlərinə görə, ruslar məqsədlərə uyğun hərəkət etməyərək təkcə hərbi obyektlərə deyil, yaşayış evlərinə də hücum edirlər.

Zelenski vurğulayıb ki, əksər istiqamətlərdə düşmənin fəaliyyəti dayandırılıb, döyüşlər gedir. 

O qeyd edib ki, bu hücum 1941-ci ildə Kiyevə edilən hücuma bənzəyir.

BAKU.WS