SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı döyüşlərdə “Bayraktar” PUA-sından istifadə edildiyini açıqlayıb.

BAKU.WS “unian.net”ə istinadən xəbər verir ki, açıqlamada verilən məlumata görə, Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir.

“Rudnya (Belarus) - Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib.

Döyüş nəticəsində düşmən itki verib: 5 zirehli transportyor və bir avtomobil məhv edilib. Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb”, - məlumatda bildirilib.

BAKU.WS