SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyalı iş adamı, "Çelsi" klubunun sahibi Roman Abramoviç Böyük Britaniyada daimi yaşaya bilməyəcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Britaniyanın Təhlükəsizlik Xidmətindəki mənbələr 55 yaşlı oliqarxın daha "Dumanlı Albion"da məskunlaşmasına icazə verilməyəcəyini bildiriblər.

Bildirilir ki, miqrasiya rəsmiləri Abramoviçin ölkədə qalmasının qarşısını almaq üçün aydın göstərişlər alıblar.

BAKU.WS