Yer kürəsində maqnit qasırğası BAŞLADI

31
okt
2021
21:46
Bazar günü günortadan sonra Yer kürəsində maqnit qasırğası aktivləşib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fizika institutunun Günəş Rentgen Astronomiyası laboratoriyasının saytında bildirilib.Qasırğanın səviyyəsi zəif (G1) qiymətləndirilib.
Proqnoza görə, meteohəssas insanlar üçün diskomfort yaradan maqnit qasırğası bazar ertəsi günortaya qədər davam edəcək.
Qeyd edək ki, Yer səthində müşahidə edilən burulğan oktyabrın 28-i axşam saatlarında Günəşdə baş verən X siniflinə aid güclü partlayışın nəticəsində baş verib.
Oxşar xəbərlər
Rusiyada ağcaqanad burulğanı qeydə alınıb – VİDEO
Kamçatkada qeyri-adi təbiət hadisəsi müşahidə olunub. BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, ərazidə ağcaqanadlardan ibarət burulğan qeydə alınıb. Mütəxəss...
