“Qırmızı körpü”də COVİD-19 izolyasiya məntəqəsi yaradıldı

Gürcüstan sərhədlərində dörd buraxılış məntəqəsində müvəqqəti izolyasiya zonaları yaradılıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.
Təcrid məntəqələrindən biri Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsində qurulub. Burada koronavirusa yoluxduğu təsdiqlənən və ya yoluxma şübhələri olan şəxslər yerləşdiriləcək.
Bu gün Gürcüstan-Ermənistan sərhədindəki “Sadaxlı” mətəqəsində yaradılan təcrid zonasının açılışı baş tutub.
Layihə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında həyata keçirilib.
Gəlirlər Xidmətindən qeyd olunub ki, qlobal pandemiya şəraitində izolyasiya məntəqələrinin yaradılması vətəndaşların sağlamlıqlarının təminatında vacib addımdır və eyni zamanda qanuni miqrasiyaya şərait yaradacaq.
Oxşar xəbərlər
Ukraynalı jurnalist Azərbaycanın işğaldan azad olunan ərazilərindən geniş reportaj hazırlayıb - FOTO
Azadlıq Radiosunun Ukrayna xidmətinin saytında Azərbaycanın işğaldan azad olunan əraziləri ilə bağlı geniş məqalə dərc edilib. BAKU.WS "AZƏRTAC"a istinadən xəbə...