SİZİN REKLAM BURADA!
055 213 76 73


SEPAH-a aid pilotsuz uçuş aparatı (PUA) Körfəzdə yerə çırpılıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, “Azad İran” “Telegram” kanalının məlumatına görə, hadisə oktyabrın 16-da baş verib. İran Ordusunun Hərbi Hava Qüvvələrinin Bəndər Abbasda yerləşən bazasından havaya qalxan SEPAH-a aid PUA Körfəzdəki Gəmiqayırma zavodu yaxınlığında yerə çırpılıb.

SEPAH-ın və Hava Qüvvələrinin komandanları hadisə ilə bağlı açıqlama verməkdən yayınıblar.

Qeyd edək ki, hər zaman “möhtəşəm” ordusu ilə öyünən İranda tez-tez buna bənzər hallar yaşanır.

BAKU.WS
VİDEO