SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya iqtisadiyyatı pandemiyadan əvvəlki ümum daxili məhsul (ÜDM) göstəricilərinə ən gec 2022-ci ilin əvvəlində qayıdacaq.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu açıqlama ilə Almaniyanın iqtisadiyyat və enerji naziri Peter Altmayer çıxış edib.

“Şübhə etmirik ki, 2021-ci ildə ÜDM artımı 3,5-3,6 faiz olacaq. İkinci rübdə ÜDM tədarük çatışmazlığı, inşaat kimi bəzi sektorlarda çətinliklərə, xəstəliyin artmasına baxmayaraq, 1,6 faiz artıb. Bu, alman iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, pandemiya çətinliklərinin aradan qaldırıldığını, inkişafın başladığını göstərir. Bu, sərmayə qoymaq istəyənlər üçün yaxşı xəbərdir”, - deyə almaniyalı nazir vurğulayıb.

Nazir əlavə edib ki, Almaniyada yeni qapanma planlaşdırılmır, ölkədə davam edən pandemiya şəraitində iqtisadiyyatın işləməsi üçün aydın çərçivələr hazırlanıb.

BAKU.WS