SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı bəzi detallar məlum olub.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir Norilskdə tanınmış kinorejissor Aleksandr Melnikin həyatını xilas edərkən həlak olub.

Qeyd edilir ki, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb. Yevgeni Ziniçev onu xilas etmək üçün suya atılıb.

Bu zaman onun başı daşa dəyib və aldığı xəsarətdən vəfat edib. Hadisə zamanı tanınmış kinorejissor Aleksandr Melnik də həlak olub.

***13:59

Rusiyanın 55 yaşlı Fövqəladə Hallar naziri Yevgeni Ziniçev həlak olub.

BAKU.WS “ria.ru”ya istinadən xəbər verir ki, nazir insan həyatını xilas etmək istəyərkən həlak olub. Hadisə Arktika zonasında fövqəladə hallarından qorunmaq üzrə idarələrarası təlimlərdə baş verib.

Ziniçev yeni yanğınsöndürmə stansiyasının tikintisinin gedişatını yoxlamaq üçün qubernator Aleksandr Usla birlikdə Dudinkaya gedib.

Faciə ilə əlaqədar bildirilir ki, təlim zamanı operator sürüşərək suya düşüb. Ziniçev onu xilas etmək üçün suya tullanıb. Başı daşa çırpılan rusiyalı nazirin həyatını xilas etmək mümkün olmayıb.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, hadisə ilə bağlı Vladimir Putinə artıq məlumat verilib.



BAKU.WS
VİDEO