SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukraynanın Odessa şəhərinin mərkəzində bir kişiyə qarşı quldurluq edən iki nəfər hadisə yerindən polis idarəsinə tərəf qaçıb. Bizimyol.info xəbər verir ki, bu barədə polis əməkdaşı Zoya Melnik özünün “facebook” profilində məlumat yayıb.

Cinayətkar zərərçəkənə bədən xəsarəti yetirərək, onun əlindəki çantanı alıb qaçıblar. Çantanın içində böyük məbləğdə pul olub.

“Ya cinayətkarlar Odessaya “qastrola” gələnlər olub, bu üzdən şəhəri pis tanıyıblar, ya da tələsdiklərinə görə səhvə yol veriblər. Onlar birbaşa Baş Polis İdarəsinə qaçıblar”, – Zoya Melnik yazır.

Baş verənləri “ilin ən axmaq cinayəti” adlandıran Melnikin sözlərinə görə, quldurluq edənlər yaxalanıb. Onlardan birini elə idarənin cinayət-axtarış bölməsinin əməkdaşı saxlayıb.

Keçən ilin mayında Ekraynanın başqa bir şəhərində – Xarkovda da qəribə cinayət hadisəsi baş vermişdi. Avtodayanacağın gözətçi otağındakı seyfi oğurlayan cinayətkar polis tərəfindən yaxalanmışdı. Polislər seyfi açanda məlum olmuşdu ki, içində cəmi 410 qriven (25 manat) pul var. Onun tutulmasında iştirak etmiş polis əməkdaşlarından biri danışırdı ki, oğru pulun məbləğini biləndə ağlamışdı. Polisin sözlərinə görə, cinayətkar seyfi oğurlyarkən əlinə əlcək əvəzinə corab keçirmişdi.

BAKU.WS