Türkiyədə Antalya şəhərinin Manavqat rayonunda daha iki nəfər yanğından həlak olub.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twıtter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, yanğınlar zamanı 7 nəfər həlak olub. Ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb.

Qeyd edək ki, Fahri Yiğitokur və Almaniya vətəndaşı olan həyat yoldaşı Andrea Hartmann Yiğitokur yanğından uçan evin altında qalıb. 

BAKU.WS