SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın baş naziri Nikol Paşinyan çıxılmaz vəziyyətə düşüb. Belə ki, o ölkənin xarici işlər naziri postuna namizəd tapa bilmir.

Ermənistanın bəzi KİV-lərində bu vəzifəyə namizəd olaraq ölkənin keçmiş parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyasının sədri Ruber Rubinyanın, spiker Ararat Mirzəyanın, baş nazirin köməkçisi vəzifəsini icra edən Mqre Qriqoryanın hətta keçmiş müdafiə naziri David Tonoyanın adları çəkilir.

Qeyd olunur ki, David Tonoyanın bu vəzifəyə gətirilməsi Rusiya və Birləşmiş Ştatlar tərəfindən alqışlanacaq. Lakin, Xarici İşlər Nazirliyinə bu ölkəyə müharibədə məğlubiyyət qazandıran Tonoyanın gəlişi erməni cəmiyyətinə xarici siyasətdə də gözlənilən məğlubiyyət haqda siqnal verə bilər.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO