SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı aktrisa Demi Mur övladları ilə birlikdə obyektiv qarşısına keçib.

BAKU.WS xəbər verir ki, aktrisa “Andie Swim” çimərlik geyimləri markası üçün fotosessiya etdirib.

Demi çəkilişdən lentə alınan fotoları şəxsi “Instagram” hesabında yayımlayıb.

Fotosessiyada 58 yaşlı Demi, qızı 32 yaşlı Rumer, 29 yaşlı Skout və aktyor Bruce Uillis ilə evliliyindən olan 27 yaşlı Taula yer alıb.

Onun bu paylaşımına 130 mindən çox “like” gəlib. Sosial şəbəkə istifadəçiləri “Sevimli xanımlar! Sən yaxşısan, Demi"," Gözəl görün!” kimi şərhlər yazaraq Mur və övladlarının ünvanına təriflər yağdırıblar.

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA