SİZİN REKLAM BURADA!
055 213 76 73


İstabulun Esenyurt rayonunda baş tutan toy məclislərinin birində xoşagəlməz hal yaşanıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, toy məclisində qız evi ilə oğlan evi arasında əlbəyaxa dava qeydə alınıb.

Buna qədər isə tərəflər arasında qızılların sayı və keyfiyyəti mövzusunda mübahisə baş verib. Bundan sonra gəlinin atası onunla birgə restoranı tərk edib. Qapının girişində bəyin atası ilə rastlaşan quda onunla mübahisəni davam etdirib. Nəticədə qudalar əlbəyaxa davaya çıxıblar.

Yarımçıq dayandırılmış toydan çıxan gəlin atasının avtomobilinə minərək hadisə yerini tərk edib. Baş verənlər yaxınlıqdakı sakinlərdən biri tərəfindən videoya çəkilib.

BAKU.WS
VİDEO