SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Cennifer Lopez şəxsi həyatı ilə gündəmə gəlib.

BAKU.WS “The Sun”a istinadən xəbər verir ki, ötən gün sənətçi sevgilisi Ben Affleklə “Beverly Hills”dəki restoranlardan birində şam yeməyi yeyərkən görüntülənib.

İfaçının Benlə münasibətə başladığı andan xoşbəxt olması paparazzilərin gözlərindən yayınmayıb.

Şam yeməyindən sonra avtomobilinə minən Cenniferin davamlı gülməsi də onun Affleklə xoşbəxt olduğunu bir daha sübut edib.

Bir müddət əvvəl isə Ben Lopezin ailəsi ilə tanış olub. Cütlüyün bu ilin sonuna kimi evlənəcəyi bildirilib. Afflek Cey Lonu ikinci dəfə itirməmək üçün onunla evlənmək istədiyini deyib.

Xatırladaq ki, bir müddət əvəl Cennifer nişanlısı Aleks Rodriqezdən ayrılıb. Ayrılığa səbəbin xəyanət olduğu bildirilir.

BAKU.WS
QALEREYA