Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11
iyn
2021
23:29
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
BAKU.WS “Report”a istinadən verir ki, hazırda teleqüllə göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.
Şəhərin əsas simvollarından birinin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılmasının hansı münasibətlə olduğu hələ açıqlanmayıb.
Qeyd edək ki, teleqüllə son dəfə mayın 28-də - Respublika günündə Azərbaycan bayrağının rənglərinə bürünmüşdü.
Oxşar xəbərlər
Atakule qülləsi yenidən bayrağımızın rənglərilə işıqlandırıldı - FOTO
Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Tü...