SİZİN REKLAM BURADA!
055 213 76 73


HƏMAS və İsrail Qəzzada atəşkəsin əldə olunması ilə bağlı razılığa gəlib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, atəşkəs yerli vaxtla gecə saat 02:00-də qüvvəyə minəcək. İsrail Təhlükəsizlik Kabineti Qəzzada atəşkəs elan edilməsi ilə bağlı səsvermənin lehinə qərar verib.

Təhlükəsizlik Kabineti Qəzzaya olan hücumların dayandırılması və atəşkəs müzakirəsi üçün yerli vaxtla saat 19:00-da toplanmışdı. İclasda Qəzzadan İsrailə raket atılmasına son qoyulması şərti də var.

Qeyd edək ki, mayın 10-dan İsrailin Qəzzaya aviahücumları nəticəsində 232 fələstinli həyatını itirib. Qəzzadan İsrailə atılan raketlər nəticəsində isə 5 yəhudi həyatını itirib.

BAKU.WS