İsrail bayrağı asdığına görə Zərif bu ölkəyə səfər etmədi

İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Avstriya XİN-dən məlumat verilib. Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb Avstriya dövlət qurumlarına məxsus binalardan İsrail bayrağının asılması olub.
XİN-dən bildirilib ki, səfər çərçivəsində Zərif avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşməli idi.
Qeyd olunub ki, İranın nüvə proqramı ətrafında Vyanada aparılan danışıqlar davam etdiriləcək.
Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasında birincilərə dəstək məqsədilə cümə günü Avstriya hökumət binalarından İsrail bayraqları asılıb.
Oxşar xəbərlər
Fələstin Prezidenti göstəriş verdi
Fələstin Prezidenti Mahmud Abbas Ramazan bayramının qeyd edilməməsi barədə göstəriş verib. BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb Qəzzaya h...
