SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT Təhlükəsizlik Şurası İsrail və Fələstin ətrafındakı son durumu müzakirə etmək üçün bazar günü bir araya gələcək. 

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild “Twitter” səhifəsində yazıb.

Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar gərginliyi azaltmağa çalışaraq ən yüksək səviyyədə diplomatik fəaliyyətini davam etdirəcək.

Bu arada İsrail ordusu məlumat yayıb ki, son dörd gün ərzində İsrail ərazisinə Qəzza zolağından azı 1 750 raket buraxılıb. Raket zərbələri nəticəsində İsrailin yeddi vətəndaşı həlak olub. Ümumilikdə 523 nəfər müxtəlif xəsarət alıb. Bir çox yaşayış evlərinə, məktəblərə və bağçalara ziyan dəyib.

Fələstinin Səhiyyə Nazirliyi isə açıqlayıb ki, İsrailin Qəzza zolağına avia zərbələri zamanı 28-i azyaşlı olmaqla, 109 fələstinli həyatını itirib. Yaralananların sayı isə 620-ə çatıb. 

BAKU.WS