SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putini “qatil” adlandırdıqdan sonra iki ölkə arasında gərginlik artıb.

BAKU.WS xəbər verir ki, bu açıqlamadan sonra Putin Baydeni onlayn debata çağırıb:

“Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Cümə və ya bazar ertəsi Baydenlə danışmağa hazıram”.

Putinin bu təklifinə Ağ Evdən cavab gecikməyib:

“Hələ heç nə demək olmaz. Sabah prezident məşğuldur”.

Bundan başqa, Ağ Evin mətbuat katibi Ceyn Psaki bildirib ki, ABŞ prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi açıqlamalara görə təəssüflənmir.

BAKU.WS