SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gürcüstan və Ukrayna üçün NATO-nun qapıları açıq qalır”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Kollecində (College of Europe) çıxışı zamanı deyib.

O bildirib ki, bu ölkələr təşkilata üzv olmaları üçün islahatları davam etdirməli və korrupsiyaya qarşı mübarizə aparmalıdırlar.

“Alyansa qoşulmaq üçün ölkələrin NATO standartlarına cavab verməsi lazımdır. Mənim bu ölkələrə əsas mesajım bundan ibarətdir ki, islahatlara, demokratik institutların müasirləşdirilməsinə və korrupsiyaya qarşı mübarizəyə fokuslansınlar. Biz bu ölkələrə islahatların aparılmasında aktiv yardım edirik”, - deyə Y. Stoltenberq bildirib.

BAKU.WS