SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Baş naziri Nikol Paşinyanın Sünik (Zəngəzur) bölgəsinə səfər etməsinə icazə verməyəcəyini açıqlayan Gorus şəhərinin meri Aruş Aruşanyan saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Novosti Armeniya" məlumat yayıb.

Qeyd edək ki, Paşinyan 21 dekabrda Sünik bölgəsinə, xüsusən Meğri, Qafan, Gorus və Sisian şəhərlərinə səfər etmək niyyətindədir.

Ermənistanın baş nazirinin səfərinə mane olmaq istəyən Aruş Aruşanyan isə Facebook səhifəsində Gorus sakinləri sərhədə doğru irəliləməyə və Paşinyanın karvanını buraxmamağa səsləyib.

Erməni KİV-ləri xəbər verir ki, polis Gorus şəhərinin meri A.Aruşanyanı Paşinyan əleyhinə çağırışlarından sonra saxlayıb.

BAKU.WS