SİZİN REKLAM BURADA!
055 213 76 73


ATƏT-in Xarici İşlər Nazirləri Şurası təşkilatın baş katibi vəzifəsinə almaniyalı diplomat Helqa Şmidi təyin edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə ATƏT-dəki Albaniya sədrliyi "Twitter" səhifəsindən bildirib.

H.Şmid əvvəl Avropa Xarici Fəaliyyətlər Xidmətinin baş katibi olub.

Həmçinin Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru vəzifəsinə italiyalı hüquq müdafiəçisi Matteo Mecaççi təyin edilib.

Milli azlıqlarla bağlı ali komissar vəzifəsinə Qazaxıstanın sabiq xarici işlər naziri Kayrat Əbdürəhmanov, KİV azadlığı komissarı vəzifəsinə isə Portuqaliya XİN-in sabiq dövlət katibi Maruia Teresa Ribeiro təyin olunub.

Qeyd edək ki, adıçəkilən bütün vəzifələr 57 üzv ölkə arasında konsensusun zəruri olduğu üçün 18 iyul tarixindən bəri boş qalmışdı.

BAKU.WS