S-500-lərin hazır olacağı dəqiq tarix açıqlandı - FOTO

Rusiya S-500 hava hücumundan müdafiə sistemlərini gələn il hazır edəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Aerokosmik Qüvvələrinin baş komandanının müavini general-leytenant Andrey Yudin “Krasnaya zvezda” ("Qırmızı ulduz") qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni nəsil S-500 hava hücumundan müdafiə sistemləri 2021-ci ildə tam hazır olacaq.
"Qeyd etmək lazımdır ki, S-500 mobil hava və raket əleyhinə müdafiə sisteminin hazırlanmasının tamamlanması 2021-ci ilə planlaşdırılır", - deyə Andrey Yudin bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Rusiya Federasiyası Müdafiə nazirinin müavini Aleksey Krivoruçko açıqlamasında S-500-ün ilkin sınaqlarının 2020-ci ildə başlayacağını açıqlamışdı. Onlardan 2025-ci ildə orduda istifadə olunacağını qeyd etmişdi.
Qalereya
Oxşar xəbərlər
Koronavirusu dünyaya yayan ölkə milyonlarla insanın gözlədiyi xəbəri verdi
Koronavirusu dünyaya yayan ölkə olan Çin peyvənd müjdəsini verib. BAKU.WS xəbər verir ki, çinli rəsmilərdən biri peyvəndin kliniki sınaqlarının uğurla davam et...
