SİZİN REKLAM BURADA!
055 213 76 73


Qara dənizin Türkiyəyə məxsus sektorunda karbohidrogen ehtiyatlarının aşkar edilməsi ilə bağlı işlər davam etdirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki qrup iclasında bildirib.

“Ölkəmizin kəşfiyyat donanmasına daxil etdiyimiz son gəmi - “Kanuni” cari təmirdən sonra Qara dənizə yollandı. Həmin gəmimizdən muştuluqlar gözləyirik. “Fatih” gəmisinin kəşfiyyat əməliyyatlarından da muştuluq xəbərləri gəlir. Yeni yatağın ehtiyatını şənbə günü açıqlayacağıq”, - o qeyd edib.

Xatırladaq ki, bu ilin avqust ayında Türkiyə prezidenti Qara dənizdə 320 milyard kubmetr həcmində təbii qaz yatağı aşkar etdiklərini, 2023-cü ilə qədər həmin yatağın istismarına başlamağı hədəflədiklərini bildirmişdi. Ekspert Əli Arif Aktürk bu hədəfin kifayət qədər çətin olduğunu bildirib: “Hasilat üçün iddialı bir hədəf qoyulub. 2023-cü ilə qədər bu məsələni həll etmək asan deyil. Üzən platforma kirayə götürmək və yaxud almaq lazım gələcək. Texniki məlumatlar az olduğu üçün dəqiq rəqəm söyləmək çətindir, amma yatırım həcmi 5 milyard ABŞ dollarını keçə bilər. O bölgədə adıçəkilən quyudan başqa mənbə olub-olmadığına dair daha çox araşdırma aparılmalıdır”.

“Enerji Gunlğü” nəşrinin baş redaktoru Mehmet Qara isə həmin yatağın istismarı nəticəsində dünya bazarında qiymətlərin dəyişməyəcəyini, həmin qazın idxal olunan əcnəbi qazdan o qədər də ucuz olmayacağı qənaətindədir.

Qeyd edək ki, Türkiyənin ötən il 45 milyard kubmetr təbii qaz idxal edib.

BAKU.WS