SİZİN REKLAM BURADA!
055 213 76 73


“Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə həyata keçirdi”.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

O bildirib ki, enerji təhlükəsizliyi inkişafla yanaşı, milli müstəqilliyin də təmin edilməsində böyük önəm daşıyır:

“Aralıq dənizində oynanılan böyük oyunların arxasında da enerji dayanır. Bir damcı nefti insan qanından daha dəyərli görənlərin hökmranlığı hələ də davam etməkdədir. Rəbbim bizə başqa bir yerdə, həm də bu vaxta qədər görülməyən bir zənginlikdə qapı açdı”.

Ərdoğanın sözlərinə görə, Fatih gəmisinin 20 iyulda başlatdığı axtarışlar nəticəsində “Tuna 1” quyusunda 320 milyard kubmetr təbii qaz rezervi kəşf edilib.

BAKU.WS