SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə yeni kəşf olunan ən böyük qaz yatağından çıxarılan qazla ümumilikdə 105 milyard dollara qənaət edəcək.

BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzetinin yazarı Dilek Güngör “Yeni eksen Türkiye” adlı məqaləsində bildirib.

“Yatağın kəşfi bir tərəfdən enerji təhlükəsizliyini təmin edərkən digər tərəfdən Türkiyəni qlobal enerji bazarında iştirakçıya çevirəcək.

Türkiyə bundan sonra İran, Rusiya və Nigeriya kimi ölkələrdən qaz gözləmək əvəzinə, enerji ticarətinə başlayan bir ölkə olacaq. Yeni yataqların kəşfini istisna etməklə ilkin kəşf olunan yataq sayəsində Türkiyə 7 ildə 105 milyard dollara qənaət edə biləcək. Bu kəşf ilə ildə ən azı 15 milyard dollara çatan qaz idxal xərclərinin qarşısı alınacaq”, - deyə məqalədə qeyd olunub.

Qeyd edək ki, Türkiyə Qara dənizdə tarixinin ən böyük təbii qaz yatağını kəşf edib. Yataqdakı qaz ehtiyatının həcminin 320 milyard kubmetr olduğu bildirilib.

BAKU.WS