SİZİN REKLAM BURADA!
055 213 76 73


Artıq çəkili insanlar arıqlamaq üçün mütləq mədəkiçiltmə əməliyyatı etməlidirlər? Əks halda onlar arıqlamaq şanslarını qazana bilməyəcəklər. Bəs arıqlamaq üçün daha hansı üsullar var?

Ekspert uzman doktor Elba Aliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda Amerikan Dərman və Qida Assosiasiyasının təsdiq etdiyi iki növ əməliyyat var:

“Mədəkiçiltmə və “Ru en Y gastrik by pass” əməliyyatlar. Bundan başqa, “Ileal transpozisyon” və “Biliopankreatik diversiyon” kimi əməliyyatlar da icra olunmaqdadır.

Zaman-zaman çalışmalarla bu əməliyyatların bir çoxu daha az məsləhət görülür. Hazırda hətta diabet xəstəsində belə ən çox icra olunan mədəkiçiltmə əməliyyatıdır. Bu daha aktualdır”.

Mədəkiçiltmə əməliyyatından sonra xəstə təkrar dieta saxlamasa və yenidən çox qida qəbul etsə, mədə əvvəlki vəziyyətinə qayıda bilər. Bu barədə zaman-zaman mübahisələr və müzakirələr aparılır. Həqiqətənmi mədəkiçiltmə əməliyyatından sonra çox qida qəbul edilərsə, mədə yenidən böyüyə bilərmi?

Doktor Elba Aliyev deyir ki, əslində psixologiyası normal olan xəstələri əməliyyat etmək lazımdır:

“Bu əməliyyatdan sonra düzənli diatoloq kontrolunda ola biləcək insanları əməliyyat etmək lazımdır. Əgər bir insan yeməyi sevirsə, və psixoloji yemək sevgisi varsa, əməliyyatdan sonra belə xəstələri psixoloqa, psixarta yönləndirmək lazımdır.

Əməliyyatdan sonra xəstə heç birdiata saxlamasa, aşırı dərəcədə yemək yesə mədə həcmində minimal artım ola bilər. İstifadə etdiyi yeməyin miqdarı getdikcə arta bilər. Lakin mədə əvvəlki ölçüyə gələ bilməz”.

Qeyd edək ki, mədəkiçitlmə əməliyyatından sonra orqanizmdə qəflətən müəyyən proseslər baş verir. Qidalar kəskin düşür. Bundan sonra orqanizmdə immunitet düşür. İddialara görə, bu zaman xərçəng və digər xoşagəlməz xəstəliklər yaranır.

Həkim deyir ki, həqiqətən də, mədəkiçiltmə əməliyyatından sonra enerji, kalori alımı azalır:

“Bunun üçün kənarda vitamin dəstəyi mütləq olmalıdır. Xəstəyə mütləqv protein dəstəyi verilməlidir. Bu əməliyyatdan sonra xərçəng xəstəliyinin yaranması ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur. Belə şəxslərin digər şəxslərlə müqayisədə onkoloji problemlərə daha az tutulduğu müqayisələrlə məlum olub”.

Ziya SƏCCAD
BAKU.WS