"YouTube"dan bəzi istifadəçilərə qarşı sərt sanksiyalar
"YouTube" videohostinqi reklam bloklayıcı vasitələrdən yararlanan istifadəçilərə qarşı mübarizəni xeyli gücləndirib.
Bu barədə BAKU.WS Oxu.Az-a istinadla xəbər verir.
Nəticədə sözügedən kateqoriyadan olan izləyicilər "YouTube"dan istifadə edərkən kütləvi kəsilmələr yaranır.
"YouTube uzun müddətdir ki, reklamları bloklayanlara qarşı barışmaz mövqeyi ilə tanınır. Bu çərçivədə istifadəçilər müxtəlif problemlər barədə məlumat verirlər.
Bir çox istifadəçi videonu izləməyə davam etmək üçün bloklayıcını söndürmək zərurəti ilə bağlı xəbərdarlıqlarla qarşılaşırlar.
Digər istifadəçilərdə isə "YouTube"un baş səhifəsi tamamilə boş qalır. Reklam bloklayıcı deaktiv edilənə qədər videolara baxmaq qeyri-mümkün olur.
Oxşar xəbərlər
Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər?",...