Pis vərdişlərdən necə xilas olaq?
"Pis vərdişlər çox zaman insanın mənfi emosional vəziyyəti və gündəlik streslə mübarizə üsuludur".
Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Mütəxəssisin fikrincə, onlardan xilas olmaq üçün vərdişin niyə yarandığını anlamaq lazımdır.
"Unutmamalıyıq ki pis vərdişlər sadəcə iradə zəifliyi deyil. Əvvəla, insan özünü müşahidə etməlidir: bu vərdiş hansı vəziyyətdə ortaya çıxır – stress zamanı, darıxanda, yoxsa tək qalanda? Səbəb bilinmədən dəyişiklik davamlı olmur", - deyə psixoloq bildirib.
Əbdül Səlimli əlavə edib ki, ikinci vacib məqam isə pis vərdişi tamamilə çıxarmağa çalışmaq əvəzinə, onu sağlam bir davranışla əvəz etmək daha effektivdir:
"Gərginlik zamanı siqaret kimi zərərli vasitələrə yönələnmək əvəzinə həm sağlamlıq üçün daha xeyirli həm də stresi aradan qaldıracaq fərqli alternativlərə yönəlmək daha faydalı olar.
Digər bir nüans isə, insanı pis vərdişə aparan tətikləyicilər – mühit, insanlar və hadisələr müəyyənləşdirilməli və mümkün qədər aradan qaldırılmalıdır. Mühit dəyişəndə davranış da dəyişir".
Ekspert deyir ki, ən önəmlisi isə tələsməməkdir:
"Kiçik addımlar, real hədəflər və özünə qarşı anlayışlı münasibət bu prosesin əsas şərtidir. Unutmamalıyıq ki, pis vərdişlər bir gündə yaranmadığı kimi, bir gündə də yox olmur".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bazar günü 38 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bil...