Panik ataklardan necə qurtulmaq olar
Panik atakların yaranmasından tam qorunmaq mümkün deyil, lakin onların başvermə ehtimalını azaltmaq olar.
BAKU.WS xəbər verir ki, bu barədə "Moskva 24"ə klinik psixoloq Stanislav Samburski məlumat verib.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə yuxu rejimini qaydaya salmaq, gündəlik rejimə fiziki aktivlik əlavə etmək və informasiya yükünü - xüsusən də sosial şəbəkələrdə keçirilən vaxtı azaltmaq vacibdir. Bundan başqa, stressli situasiyalarla düzgün davranmağı öyrənmək lazımdır.
"Panik atak yaşayan insanlara ilk növbədə tibbi müayinə keçməyi məsləhət görərdim ki, ürək-damar və endokrin sistemlə bağlı xəstəliklər istisna olunsun. Çünki bəzən bu cür xəstəliklər də oxşar simptomlar yarada bilər. Əgər belə problemlər yoxdursa, o zaman psixoloqa müraciət etmək və problemin kökünü araşdırmaq lazımdır ki, vəziyyət dərinləşməsin," – deyə Samburski bildirib.
Mütəxəssis əlavə edib ki, problemi təkbaşına aradan qaldırmaq üçün panik ataklar haqqında daha çox məlumatlanmaq və bunun bədənin normal stres reaksiyası olduğunu anlamaq vacibdir.
Oxşar xəbərlər
Münasibətlərdə etibar və xəyanət qorxusu: hansı bürclər daha risk altındadır?
İnsan münasibətlərinin ən mürəkkəb tərəflərindən biri etimaddır. Hər kəs sevgi münasibətində qarşı tərəfə inanmaq, sadiqlik və qarşılıqlı hörmət üzərində dayana...