Meksikada "beyin yeyən amöb" aşkarlanıb: Altı süni göl bağlandı
Meksikanın Yukatan ştatında təhlükəli Naegleria fowleri amöbünün aşkarlanmasından sonra altı süni göl bağlanıb. Qərar sentyabr ayında amöblə yoluxduğu bildirilən su xizəyi təlimçisinin ölümündən sonra verilib.
BAKU.WS xəbər verir ki, ştatın səhiyyə qurumları doqquz göldən altısının suyunu laborator müayinəyə cəlb edib. Həmin göllər turistlərin su xizəyi və kanoe ilə məşğul olması üçün yaradılıb.
Ştatın səhiyyə naziri Alberto Alkoser sakinləri çirkli su ilə təmasdan sonra hər hansı narahatlıq yaranarsa, dərhal tibbi yardım almağa çağırıb. O bildirib ki, amöbün ərazidə aşkarlanması epidemiya olduğu və ya bölgəyə gələn bütün turistlərin yoluxduğu demək deyil.
Məlumata görə, Naegleria fowleri əsasən isti şirin sularda, o cümlədən göllərdə, çaylarda və bataqlıqlarda çoxalır. Amöb burun vasitəsilə orqanizmə daxil olduqda beyində ağır iltihaba səbəb ola bilər.
Yoluxma nəticəsində yaranan ilkin amöb meninqoensefaliti nadir rast gəlinən, lakin ölüm riski son dərəcə yüksək olan xəstəlikdir. Amöbün olduğu suyun udulması deyil, suyun burundan daxil olması əsas yoluxma mexanizmidir.
Oxşar xəbərlər
Bakıda "Sehrli payız" beynəlxalq sirk proqramı nümayiş olunacaq
Bakıda "Sehrli payız" adlı beynəlxalq sirk proqramı təqdim olunacaq. BAKU.WS xəbər verir ki, proqram oktyabrın 11-dən Su İdman Sarayının yanında quraşdırılmış B...