İstirahət günlərində Milli parklarda hava belə olacaq
İstirahət günlərində, yəni martın 15-16-da Milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göygöl Milli Parkında gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 20-24° isti olacaq.
Şahdağ milli parkında turistləri sabit, əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 17-22° isti olacaq.
Altıağac Milli Parkında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13° isti, gündüz 20-24° isti olacaq.
Şimal bölgəsinə səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyəcək. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 27-29°isti olacaq.
Şirvan Milli Parkında turistləri sabit, yağmursuz hava şəraiti gözləyir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 25-27° isti olacaq.
Ağgöl Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 23-26° isti olacaq.
Qızılağac Milli Parkında səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq.Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 20-23° isti olacaq.
Hirkan Milli Parkında isə cənub zonasına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Gecə və səhər saatlarında zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 20-24° isti olacaq.
Oxşar xəbərlər
Çiyin ağrısı, ağız quruluğu… - Bu sadə simptomlar ağır xəstəlikdən xəbər verə bilər
Dəri qaşınması, çiyin ağrısı və ağız quruluğu kimi simptomlar ilk baxışda sadə görünsə də, əslində xərçəng, diabet və daxili orqan patologiyalarına işarə edə bi...