Bu məşhur meyvə dişləri sağlam saxlayır - Ona "Təbiətin diş fırçası" da deyirlər
Alma diş sağlamlığına müsbət təsir göstərən meyvələrdən biridir. Onu çeynədikdə, lifləri və təbii turşuları diş səthində yığılmış kirəclənmiş maddələrim təmizlənməsinə, eyni zamanda ağızda saliva (ağızda yaranan və qidanın parçalanmasına, udulmasına kömək edən mayedir) miqdarının artmasına səbəb olur.
BAKU.WS xəbər verir ki, artan saliva, ağız içindəki zərərli turşuları neytrallaşdıraraq diş minasının qorunmasına və diş əti sağlamlığının dəstəklənməsinə kömək edir.
Bu xüsusiyyətlər, diş həkimləri və ağız sağlamlığı üzrə mütəxəssislər tərəfindən də təsdiq edilir – alma bəzən "təbiətin diş fırçası" kimi də adlandırılır.
Bundan əlavə, yüksək C vitamini tərkibi də diş əti problemlərinin qarşısını almağa və ümumi ağız sağlamlığının yaxşılaşdırılmasına yardımçı olur.
Beləliklə, gündəlik rasiona alma əlavə etmək, diş və diş əti sağlamlığınızı təbii yollarla qorumaq üçün faydalı addım ola bilər.
Oxşar xəbərlər
Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA
Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-a bildirilib ki, dağl...