Bakıya yağış yağıb, yüksək dağlıq ərazilərdə şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağıb.
Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Qobustan, Sabirabad, Neftçalada 1 mm-dək olub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək isti, Naxçıvan MR-da 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərində 5 dərəcəyədək şaxta, Aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq
Azərbaycanda körpələr, erkən yaşlı uşaqlar üçün qida formulları və əlavə qidalara dair sanitariya normaları və qaydaları hazırlanacaq. BAKU.WS "Report"a istinad...