"Bakı Metropoliteni"nin yeni sədri kimdir? - DOSYE

Bakı Metropoliteninin yeni sədri kimdir? - DOSYE
Digər 1749

Vüsal Aslanov Azərbaycan Prezidentinin sərəncamı ilə "Bakı Metropoliteni" QSC-nin sədri təyin edilib.

BAKU.WS xəbər verir ki, Vüsal Yusif oğlu Aslanov 22 sentyabr 1981-ci il tarixində Sumqayıt şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub, 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək hüquqşünaslıq üzrə bakalavr dərəcəsi alıb.

2005-2006-cı illərdə həqiqi hərbi xidmətdə olub, 2005-2008-ci illərdə isə Bakı Dövlət Universitetinin Mülki və təsərrüfat hüququ ixtisaslaşması üzrə magistratura proqramını fərqlənmə diplomu ilə tamamlayıb. Daha sonra, 2017-2020-ci illərdə ADA Universitetinin "Maastricht School of Management" ilə birgə həyata keçirdiyi MBA ali idarəetmə proqramı çərçivəsində Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr elmi ixtisas dərəcəsi alıb.

2004-2013-cü illərdə "Azərinşaatservis" MMC-də Hüquq müşaviri, Biznesin inkişafı departamentinin direktoru, Korporativ əlaqələr və Hüquq departamentinin direktoru, İdarəetmə və hüquq işləri üzrə direktor müavini vəzifələrində çalışıb. 2013-2016-cı illərdə müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müavini vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər

Rza Zərrabın həyatı film olacaq

Rza Zərrabın həyatı film olacaq

İranlı iş adamı Rza Zərrabla bağlı yeni xəbər yayılıb.  BAKU.WS xəbər verir ki, adını Aron Qoldsmit olaraq dəyişən Zərrab "Netlix"lə müəyyən məbləğ qarşılığında...

106 Digər 16:35 17 sentyabr 2025

Son xəbərlər