SİZİN REKLAM BURADA!
055 213 76 73


Belçika rəhbərliyi Çex Respublikasının paytaxtı Praqa şəhərini epidemioloji baxımdan təhlükəli bölgələrin "qırmızı qrupu"na daxil edib.

BAKU.WS xəbər verir ki, bu barədə "vinegret.cz" portalı məlumat yayıb.

Mövcud vəziyyət onu göstərir ki, Praqadan qayıtdıqdan sonra vətəndaşlar iki həftəlik ev karantinində qalmalı olacaqlar. Onlar yalnız COVID-19 üçün mənfi test nəticəsi təqdim edildikdən sonra bundan azad olacaqlar.

Eyni qaydalar Belçikaya getməyə qərar verən Çex Respublikasının vətəndaşları üçün də tətbiq olunur.

Bundan əlavə, Belçika səlahiyyətliləri vətəndaşlarını "qırmızı qrup" bölgələrinə səyahət etməkdən çəkindirir.

Qeyd edək ki, Almaniya da 10 sentyabrdan etibarən Praqanı epidemioloji baxımdan təhlükəli bölgə olaraq qəbul etməyə başlayıb. Ancaq bu ölkədə ev karantini tətbiq olunmayacaq. Koronavirusla bağlı mənfi test sertifikatı təqdim etmək kifayət edəcək.

Üstəlik bu tədbir Çex Respublikasının digər bölgələri və Almaniyada işləyən Praqa sakinlərinə şamil olunmayacaq.

BAKU.WS