SİZİN REKLAM BURADA!
055 213 76 73


Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.

BAKU.WS xəbər verir ki, bu barədə “Komsomolskaya pravda”ya adı gizli saxlanılan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.

Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martan rayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur.

Çeçenistan hökuməti isə ölkə rəhbərinin sağlam olduğunu açıqlayıb.

BAKU.WS
VİDEO