SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada COVID-19-a yoluxanların sayı 5,1 milyonu ötüb.

BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Ayrı-ayrı ölkələrdən alınan son rəsmi məlumatlara görə, son bir gündə COVID-19-a yeni 103 981 yoluxma qeydə alınıb, virusa yoluxmuş 4 467 xəstə həyatını itirib.

COVID-19 virusuna ən çox yoluxma ABŞ-da (1,620,902), Rusiyada (317,554) və Braziliyada (310,921) qeydə alınıb.

BAKU.WS