SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada COVID-19-a yoluxanların sayı 4,9 milyonu ötüb.

BAKU.WS xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Ötən gün ərzində dünya üzrə COVID-19-a yeni 112 637 yoluxma qeydə alınıb. Koronavirusa yoluxmuş 4 322 pasiyent isə həyatını itirib.

Pandemiya ərzində koronavirusdan ümumilikdə 316 169 nəfər ölüb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (1,570,583), Rusiyada (299,941) və İspaniyada (278,803) qeydə alınıb.

BAKU.WS